Məhkəmə "Cem Karacanın göz yaşları" filmi ilə bağlı qərar verdi

Məhkəmə "Cem Karacanın göz yaşları"  filmi ilə bağlı qərar verdi
7 avqust 2024
# 11:00

Məhkəmə kinoteatrlardan yığışdırılan "Cem Karacanın göz yaşları" filmi ilə bağlı qərar verib.

Kulis.az xəbər verir ki, İstanbul Regional Ədliyyə Məhkəməsi Karacanın dördüncü həyat yoldaşı İlkim Karacanın şikayətindən sonra nümayişdən çıxarılan filmlə bağlı yerli məhkəmənin qərarını qismən ləğv edərək, tamaşaçılarla görüşməsinə icazə verib.

Anadolu rokunu əfsanəsi Cem Karacanın həyatından bəhs edən filmdə baş rolları İsmail Hacıoğlu, Fikrət Kuşkan, Yasemin Yalçın, Melisa Aslı Pamuk, Buçe Buse Kahraman, Meral Çetinkaya, Melisa Döngel canlandırır.

Film yanvarın 26-da nümayiş olunub.

Məhkəmə kinoteatrlardan yığışdırılan Cem Karacanın Gözyaşları filmi ilə bağlı qərar verdi - 1

# 536 dəfə oxunub

Müəllifin son yazıları

# # #