Nobel mükafatı laureatı vəfat etdi

Nobel mükafatı laureatı vəfat etdi
30 may 2023
# 11:50

Alman həkim və alim, virusoloq, 2008-ci ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı Harald zur Hausen 88 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "newsingermany" məlumat yayıb.

Harald zur Hausen 1936-cı il martın 11-də Gelzenkirxendə anadan olub. O, Bonn, Hamburq və Düsseldorf Universitetlərində tibb təhsili alıb, 1960-cı ildə tibb elmləri doktoru dərəcəsini alıb.

1960-cı illərin ortalarında Filadelfiyaya (ABŞ) köçüb, burada əvvəlcə məşhur Filadelfiya Uşaq Xəstəxanasının Virusologiya Laboratoriyasında işləyib sonra Pensilvaniya Universitetində dərs deyib.

1983-2003-cü illərdə Haydelberqdəki Alman Xərçəng Araşdırma Mərkəzinə rəhbərlik edib.

Qeyd edək ki, Zur Hausen xərçəngə səbəb olan insan papillomaviruslarına qarşı peyvəndin yaradılmasının əsasını qoyub. Hazırda dünyada milyonlarla insan bu elmi nailiyyətdən bəhrələnir.

# 912 dəfə oxunub

Müəllifin son yazıları

# # #