Oskar 2019-un qalib filmləri nədən bəhs edir? – Qısa Məzmun

Oskar 2019-un qalib filmləri nədən bəhs edir? – <span style="color:red;">Qısa Məzmun
25 fevral 2019
# 14:59

Amerika Kino Alkademiyasının “Oskar” mükafatının 2019-cu il üçün laureatları bəlli olub. Kulis.az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafatlandırma mərasimi fevralın 25-də baş tutub.

Mərasimin aparıcısız baş tutmasına səbəb aparıcı olması nəzərdə tutulan Kevin Xartın ətrafında yaranan qalmaqal olub. Aktyor LGTB təşkilatlarının ünvanına zarafatlar etmişdi. Aparıcı olması elan olunandan iki sutka sonra aktyor aparıcılıqdan imtina etmişdi.

İlk təqdim olunan “Ən yaxşı rejissor” nominasiyasında “Roma” filminə görə filmin həm prodüseri, həm də ssenari müəllifi olan Alfonso Kuarron qalib olub. Ağ-qara çəkilmiş Meksika filmi 1970-ci illərin ortalarında Mexikoda yaşayan orta sinfə aid sadə ailədən bəhs edir. Atanın evdə az-az olduğu ailədə ana 4 uşağını iki hindu mənşəli qulluqçunun köməyi ilə tərbiyə edir. Qəhrəmanların həyatını tələbələrin kütləvi qırğınıyla bitən 1971-ci il 10 iyun nümayişi dəyişir.

Film həmçinin “Xarici dildə ən yaxşı film” nominasiyasının da qalibidir.

“Bohem rapsodiyası” filmindəki Fredi Merkuri roluna görə aktyor Rami Malek “Ən yaxşı aktyor” nominasiyasında mükafatlandırıb. Mənşəcə misirli 37 yaşlı aktyor Kaliforniyada doğulub. “Qızıl qlobus” “Emmi” BAFTA” kimi mükafatların laureatıdır.

Yorqos Lantimosun “Favorit qadın” filmində kraliça Anna rolu “Ən yaxşı aktrisa” nominasiyasında Oliviya Kolmana “Oskar” mükafatını qazandırdı. Oskar mükafatı 45 yaşlı britaniyalı aktrisanın “Qızıl qlobus” və “BAFTA”dan sonra üçüncü ən böyük mükafatıdır. “Film Stüartlar sülaləsinin son monarxı Annanın hakimiyyət dövründəki siyasi intriqalardan bəhs edir.

“Ən yaxşı orijinal ssenari” olaraq mükafatlandırılan “Yaşıl kitab” bioqrafik məzmunlu Amerika komediyasıdır. Piter Farellinin rejissorluğu ilə çəkilən filmin ssenari müəllifləri Nik Vallelonqa, Brayan Xares Karri, Piter Farellidir. Film məşhur caz ifaçısı don Şirlinin sürücü Toni Vallelonqla dostluğundan bəhs edir. ABŞ-ın cənubuna doğru səyahət edən dostlar qaradərililər üçün təhlükəsiz yerləri göstərən “Yaşıl kitab”a əsasən marşrut seçirlər. Bu səyahət qəhrəmanların dünyaya baxışını dəyişir.

“Hörümçək adam: kainatın içindən” filmi “Ən yaxşı animasiya filmi” nominasiyasında qalib olub. Döyüş-komediya janrında çəkilmiş filmin rejissoru Piter Ramzi, Bob Persiketti, Rodni Rotmandır. Animasiya filmi Marve komiksinin Mayl Morales qəhrəmanına əsaslanır.

“Ən yaxşı sənədli film” olaraq seçilən “Təklikdə sərbəst yüksəlmək” filmidir. Film amerikalı dağçı Aleks Xonnolddan bəhs edir.

“Hakimiyyət” komik dramı “Ən yaxşı qrim işi”nə görə Oskara layiq görülüb. Rejissor Adam Makkeyin filmində əlaqələrin və pulun gücünə idarə olunan dünyada bir nəfərin hakimiyyətinin necə mümkün olmasından bəhs edilir.

Rami Malekə Oskar qazandıran “Bohem rapsodiyası” filmi daha üç nominasiya üzrə də qalib olub. Fred Merkurinin həyatından, özünə və musiqiyə inanmasından bəhs edən film “Ən yaxşı montaj”, ”Ən yaxşı səs”, “Ən yaxşı səs quruluşu” nominasiyalarda mükafatlandırılıb.

“İkinci planda ən yaxşı aktrisa” Recina Kinqdir. O, “Əgər Bil strit danışa bilsəydi” filmindəki Şeron Rivers roluna görə qalib olub. Amerika melodramı Ceyms Bolduinin eyniadlı romanına əsaslanır.

“Ən yaxşı mahnı” “Ən yaxşı saundtrek” nominasiyalarında isə “Ulduz doğuldu” “Qara pantera” qalib olub.

“İkinci planda ən yaxşı aktyor” olaraq Maxerşal Ali seçilib. “Yaşıl kitab” filmindəki roluna görə mükafatlandırılan Ali aktyor Oskarına layiq görülən ilk müsəlmandır.

# 1817 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #