Bu il 80-ci Venesiya Film Festivalında premyerası olan “Maestro” filmi alqışlarla qarşılanıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmin rejissoru və baş rol ifaçısı Bredli Kuper Hollivud tətillərinə dəstək məqsədilə premyeraya qatılmayıb.
Amerikalı bəstəkar Leonard Bernşteynin həyatından və Felisiya Montealeqre ilə evliliyindən bəhs edən film Venesiya Film Festivalında yeddi dəqiqə ayaq üstə alqışlanıb.
Filmin Bredli Kuperə Oskar qazandıracağı düşünülür.