Nizami Gəncəvinin Çindəki büstü ziyarət edilib

Nizami Gəncəvinin Çindəki büstü ziyarət edilib
5 sentyabr 2023
# 13:08

Çində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü ziyarət olunub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 9 sentyabr tarixinədək Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.

# 635 dəfə oxunub

Müəllifin son yazıları

# # #