Ümid Nəccarinin şeirlər kitabı ABŞ-da satışa çıxarıldı

Ümid Nəccarinin şeirlər kitabı ABŞ-da satışa çıxarıldı
16 avqust 2024
# 13:12

Azərbaycanlı şair, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü Ümid Nəccarinin "Cotton sounding letters" adlı kitabı ABŞ-da satışa çıxarıldı. Kitab məşhur onlayn eBay və Amazon saytlarında artıq satışdadır.

Kulis.az xəbər verir ki, sözügedən kitab Britaniyada nəşriyyat rəhbərliyinin təşəbbüsü ilə 92 səhifədə “JustFiction Edition" yayınları tərəfindən çap olunub.

Şeirləri İngilis dilinə tərcüməçi Rza Hüseyni Bəqanam tərcümə edib.

Qeyd edək ki, Ümid Nəccari bir neçə şeirlər kitabının müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Britaniya, Rumıniya, Serbiya, İtaliya, İspaniya, Gürcüstan, Özbəkistan, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və s. mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.

# 425 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #