Nadir xəstəliyə tutulan Selin Dionun vəziyyəti ağırdır

Nadir xəstəliyə tutulan Selin Dionun vəziyyəti ağırdır
4 avqust 2023
# 15:20

Nadir rast gəlinən “əzələ sərtliyi sindromu”ndan əziyyət çəkən kanadalı müğənni Selin Dionun bacısı Klodet "Le Journal de Montreal" jurnalına müsahibəsində sənətçinin ağır xəstəliklə mübarizə apardığını deyib .

Kulis.az xəbər verir ki, sənətçi hazırda üç oğlu ilə eyni evdə yaşayır.

“O, xəstəliyi ilə bağlı peşəkarlarla məsləhətləşir. Həmişə vəziyyətinin yaxşı olduğunu göstərməyə cəhd etsə də, düzünü desəm, onun istirahətə ehtiyacı var".

İfaçının ​​bacısı qeyd edib ki, xəstə müğənniyə artıq dərmanlar kömək etmir, onlar reabilitasiya proqramı tapmağa çalışırlar.

Qeyd edək ki, 2023-cü ilin may ayında Dion müalicə almaq üçün təxminən 40 konsertini ləğv edib. Onun növbəti Avropa konserti sentyabrın 1-də Parisdə keçirilməli idi.

# 948 dəfə oxunub

Müəllifin son yazıları

# # #