Muzey Mərkəzində ata və oğulun “Metamorfik bağlar: 70/30” adlı yubiley sərgisi açılacaq

Muzey Mərkəzində ata və oğulun “Metamorfik bağlar: 70/30”  adlı yubiley sərgisi açılacaq
13 dekabr 2023
# 17:50

Dekabrın 15-də Muzey Mərkəzinin Sərgi Qalereyası tanınmış rəssam və heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisi açılacaq.

Kulis.az xəbər verər ki, bu il rəssam-heykəltaraş İbrahim Həsənovun 70, oğlu rəssam Ruhulla Həsənzadənin isə 30 yaşı tamam olur.

Qeyd edək ki, “Metamorfik bağlar: 70/30” adlı sərgidə rəssam-heykəltaraş İbrahim Həsənovun 22 müasir heykəli və 28 rəngkarlıq əsəri, Ruhulla Həsənzadənin 30-35 ədəd rəngkarlıq nümunəsi sərgilənəcək. Sərgidə ümumilikdə 65-ə yaxın rəngkarlıq, 22 ədəd heykəltaraşlıq nümunəsi nümayiş etdiriləcək.

# 790 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #