Kamran Mahmudov: "Ümidə doğru" Ən qısa hekayə

Kamran Mahmudov: "Ümidə doğru" Ən qısa hekayə
24 dekabr 2013
# 13:00

Kulis.Az Kamran Mahmudovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ümidə doğru” (447 işarə) hekayəsini təqdim edir.

- Qorxma, əzizim! Hər şey yaxşı olacaq! Məndən narahat olma.

Qoynuna sığınmış 5 yaşlı uşağının anasını narahatlıqdan bu sözlərlə xilas etməyə, onu yuxuya verməyə çalışırdı. Özü isə neçə aylardır yuxu nə olduğunu bilmirdi. Gözlərini yuman kimi redaksiyanın qarşısında, yaşadığı binanın həyətində, olduğu hər yerdə onu qarabaqara izləyən Qara Jeep-dəki adamlar gəlib gözlərinin qarşısında dayanırdılar.

Özü üçün hər şeyin yaxşı olacağına əmin deyildi. Amma nə vaxtsa hər şeyin yaxşı olacağına ümidi vardı. Sadəcə ümidi...

# 1696 dəfə oxunub

Müəllifin son yazıları

# # #