Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub
19 noyabr 2025
# 15:03

Noyabrın 16-da Münhen şəhərinin məşhur eksperimental musiqi məkanı Schwere Reiter səhnəsində tanınmış DER/GELBE/KLANG ansamblı “Azerbaijan meets Sonic Suit” adlı xüsusi konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, tədbirdə azərbaycanlı bəstəkarlar Said Qəni, Ayaz Qəmbərli, Tahir İbişov və Türkər Qasımzadənin əsərləri səsləndirilib.

Konsert Bakı Müasir Musiqi Cəmiyyətinin təşkil etdiyi Bakı Müasir Musiqi Günləri festivalının birbaşa nəticəsi olaraq gerçəkləşib. Ansambl həmin proqramı ilk dəfə məhz festival çərçivəsində Bakıda təqdim etmişdi.

Qeyd edək ki, bu çıxış festivalın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, nüfuzunun artırılmasında və Azərbaycan müasir musiqisinin dünya səhnəsinə inteqrasiyasında mühüm rol oynadığını göstərir.

# 70 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər