Orxan Fikrətoğluna vəzifə verildi

Orxan Fikrətoğluna vəzifə verildi
21 aprel 2025
# 18:10

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.

# 225 dəfə oxunub

Müəllifin son yazıları

# # #