Məşhur aktrisa vəfat etdi

Oliviya Nyuton-Con

Oliviya Nyuton-Con

9 avqust 2022
# 12:40

Məşhur britaniyalı-avstraliyalı müğənni, aktrisa Oliviya Nyuton-Con vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçi 73 yaşında süd vəzi xərçəngindən Kaliforniyadakı evində dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı Con İsterlinq məlumat yayıb.

Qeyd edək ki, aktrisa 30 ildən çoxdur süd vəzi xərçəngi ilə mübarizə aparıb. Bir neçə dəfə bu xəstəliyə qalib gələn Oliviya 2017-ci ildə xərçəngin təkrar aşkarlanmasının ardından sümüklərinə qədər yayılıb və IV mərhələyə keçib.

Qeyd edək ki, Oliviya aktyor Con Travolta ilə birgə baş rol oynadığı “Briolin” (1978) filmi ilə daha da məşhurlaşıb. 1981-ci ildə Hollivud Şöhrət Xiyabanına öz adını yazdıra bilib. O, 4 dəfə “Qremmi” mükafatının laureatı olub.

# 1468 dəfə oxunub

Müəllifin son yazıları

# # #