Milli Teatrda “Əsrə bərabər gün" tamaşası səhnələşdirildi

Milli Teatrda “Əsrə bərabər gün"  tamaşası səhnələşdirildi
18 may 2024
# 11:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşası səhnələşdirilib.

Kulis.az xəbər verir ki, tamaşa “Giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub.

Səhnə əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, Ayşad Məmmədov, Elxan Quliyev, Mirzə Ağabəyli, Əminə Babayeva, Rövşən Kərimduxt, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Almaz Amanova və digər aktyorlar yer alıb.

# 572 dəfə oxunub

Müəllifin son yazıları

# # #