Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi
5 fevral 2020
# 10:27

Tanınmış ispan rejissoru və ssenaristi Coze Luis Kuerda vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “El Paris” nəşri məlumat yayıb. 72 yaşlı rejissorun keçirtdiyi insult nəticəsində, xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Coze Luis Kuerda 1947- ci ildə Albacete şəhərində anadan olubş. 1967- ci ildə İspanya televiziyasında çalışmağa başlayıb. 1972- ci ildə ilk dəfə tamammetrajlı filmi olan “Evend and Odd” adlı filmi ekranlaşdırıb. Onun “Kəpənəklərin dili və “Yaşayan meşə” filmləri ən məşhur filmlərindəndir.

Qeyd edək ki, rejissor "Kəpənəklərin dili" və "Kor günəbaxanlar" filmlərinə görə, ən yaxşı uyğunlaşdırılmış ssenarilər naminasiyası üzrə iki dəfə Goya mükafatı alıb.

# 1963 dəfə oxunub

Müəllifin son yazıları

# # #