Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” adlı yeni layihəyə start verir.
Məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.
Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur.
Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi feysbuq, insaqram və tviter səhifələrində yayımlanacaq.