Bu gün Azərbaycan Milli Konservatoriyasında (AMK) "Kamança festivalı" başlayıb.
Kulis.az xəbər verir ki, “Şuşa İli” münasibətilə ölkəmizdə ilk dəfə gerçəkləşən festivalda peşəkar kamança ifaçıları iştirak edir. Festivalın bədii rəhbəri AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir.
Festivalın ilk günündə təhsil ocağının böyük zalında tanınmış kamança ifaçıları – Xalq artisti Fəxrəddin Dadaşov, Əməkdar artistlər Toğrul Əsədullayev, İsmayıl Həmidov, Elnur Əhmədov, ifaçılar Toğrul Orucov, Oqtay Şərifovun çıxışları təqdim olunub.
Festival aprelin 28-dək davam edəcək.
Qeyd edək ki, AMK-da bundan əvvəl, “Şuşa İli” çərçivəsində Tar festivalı keçirilib.