Məşhur reperin konserti ləğv edildi

Məşhur reperin konserti ləğv edildi
11 iyul 2023
# 14:50

Nijni-Novqorod şəhərində Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın şikayətindən sonra məşhur reper Big Baby Tapenin konserti ləğv edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, iyun ayında Mizulina hüquq-mühafizə orqanlarına müraciət edərək Kizaru, Qishlak və Big Baby Tapeni narkotik təbliğatına görə yoxlamaq üçün müraciət edib.

Mizulinanın sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları konsertlər zamanı narkotiklərin təbliğinin qarşısını almaq üçün tədbir görəcəklər.

Big Baby Tapenin konsertinin təşkilatçıları isə konsertin ləğvinə bu cür aydınlıq gətiriblər:

“İyulun 19-da Nijni-Novqorodda keçiriləcək konsert, təəssüf ki, təşkilatçılardan asılı olmayan səbəblərə görə ləğv edildi. Biletlər alındığı yerə geri qaytarıla bilər”.

# 801 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #