Reper Massaka saxlanıldı

Reper Massaka saxlanıldı
10 aprel 2025
# 10:25

Türkiyəli “Massaka” ləqəbli reper Murat İlhan cinayət təşkilatının lideri Barış Boyunu video ilə tərifləməsi iddiası ilə saxlanılıb.

Kulis.az xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qrupu ifaçını yaşadığı ünvanda saxlayıb.

Reper məhkəmədə Barış Boyun davasından azad edilib.

İlhanın daha bir cinayəti ilə bağlı hələ də istintaqın davam etdiyi öyrənilib. O, yutub kanalında qanunsuz mərc oyunları reklam etdiyi üçün həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib.

# 307 dəfə oxunub

Müəllifin son yazıları

# # #