Məşhur rejissor vəfat etdi

Piter Boqdanoviç

Piter Boqdanoviç

7 yanvar 2022
# 11:30

Məşhur Amerika rejissoru, kinotənqidçisi Piter Boqdanoviç dünyasını dəyişib

Kulis.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Variety jurnalı məlumat yayıb. Məlumatda bildirilir ki, 82 yaşlı rejissor Los-Ancelesdəki evində dünyasını dəyişib.

Boqdanoviç “Maska”, “Sonuncu kinoseans”, “Kağız ay”, “Xaç anası”, “Hollivudda ölüm” adlı məşhur filmlərin rejissoru olub. Onun “Maska” filmi 1985-ci ildə Kaan film festivalında “Qızıl palma” mükafatına layiq görülüb.

# 1229 dəfə oxunub

Müəllifin son yazıları

# # #