Məşhur pilotun həyatı ekranlaşdırılacaq

Məşhur pilotun həyatı ekranlaşdırılacaq
9 sentyabr 2026
# 16:00

"Formula 1" üzrə üçqat dünya çempionu, avstriyalı pilot Niki Laudanın həm idman kariyerasını, həm də biznes dünyasındakı mübarizəsini əks etdirən yeni sənədli filmin dünya üzrə satış hüquqlarını "WestEnd Films" şirkəti öz üzərinə götürüb.

Kulis.az xəbər verir ki, Ceyms Eriksenin rejissorluğunu etdiyi "Copa 71" sənədli filmi "Noah Media Group" və "New Black Films" əməkdaşlığı ilə ərsəyə gətirilir.

Ekran işində Laudanın 1976-cı ildə keçirdiyi dəhşətli qəza, ölümün cəngindən qurtularaq traslara möcüzəvi qayıdışı ilə yanaşı, onun qurucusu olduğu "Lauda Air" aviaşirkətində baş verən təyyarə qəzasının pərdəarxası məqamlarını üzə çıxarmaq uğrunda apardığı mübarizə də yer alıb.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər