Məşhur aktyor vəfat etdi

Vitali Bıkov, Sovet, belarus teatr və kino aktyoru

Vitali Bıkov, Sovet, belarus teatr və kino aktyoru

28 dekabr 2021
# 13:51

Sovet, belarus teatr və kino aktyoru Vitali Bıkov 80 yaşında vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun ölüm səbəbi bildirilməyib.

Vitali Bıkov 26 iyun 1941-ci ildə Latviyanın Dauqavpils şəhərində anadan olub. 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunu bitirib. 1972-ci ildən M.Qorki adına Milli Akademik Dram Teatrında çalışıb. O, daha çox “Xəncər” (1973), “Bürünc quş” (1974), “Bəla əlaməti” (1986), “41 iyunda” (2008) və digər filmlərdəki rolları ilə tanınıb.

# 1707 dəfə oxunub

Müəllifin son yazıları

# # #