Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn nümayiş olunacaq.
Dekabrın 5-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Saat 12:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.
- "Tüpürcəyim baldır mənim" - burada nə var ki?! - AYB-yə üzvlük mənə lazımdır - Elza Seyidcahan
- “Azdrama”nın kollektivi Fatma Qədrinin məzarını ziyarət edib
- Hamı bu məşhur kitabları yarımçıq oxuyub - Siyahı
Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.