Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi

Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
7 dekabr 2019
# 15:00

"Dostlar" serialının ulduzu, məşhur amerikalı aktyor Ron Layman 82 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb. Məlumatda bildirilib ki, aktyor sətəlcəmdən dünyasını dəyişib.

Xatırladaq ki, Layman, Rakel Qrinin ( Jennifer Aniston ) atası, doktor Qri rolunu oynadığı “Dostlar” serialı ilə məşhurlaşıb.

Bundan başqa, Layman "Bağlar ölkəsi" filmində və "Clan Soprano", "Qanun və Sifariş" və "Təcrübə" seriallarında rol alıb. Sənətçi 1979-cu ildə baş rolda oynadığı “Kaz” filminə görə Emmi Mükafatı alıb.

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #