Kitab sərgisi

Mərhum aktyorun sevgi məktubu satıldı

Mərhum aktyorun sevgi məktubu  satıldı
3 oktyabr 2025
# 10:40

ABŞ-də keçirilən hərracda amerikalı aktyor Ceyms Din tərəfindən yazılmış sevgi məktubu 32 500 dollara satılıb.

Kulis.az xəbər verir ki, iki səhifədən ibarət məktub Din tərəfindən aktrisa Barbara Qlennə 1954-cü ildə, onun faciəvi ölümündən bir il əvvəl Kaliforniyadan Nyu-Yorka göndərilib.

Məktubda aktyor sevgilisinə belə yazırdı:

“Özümü çox tənha hiss edirəm. Açıqcan çox gözəl qoxuyurdu, zəhmət olmasa, belə etmə".

Qeyd edək ki, Ceyms Din 1950-ci illərin əfsanəvi Amerika aktyorlarından biri olub.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər