Kulis.Az-da müasir roman müzakirəsi ANONS

Kulis.Az-da müasir roman müzakirəsi ANONS
24 fevral 2014
# 12:46

Kulis.Az saytında “Ən yaxşı Azərbaycan roman”ı və milli romançılığımızın aktual problemləri ilə bağlı müzakirə keçirilib.

Qan Turalının moderatorluq etdiyi müzakirədə ədəbiyyatşünas tənqidçi Seyfəddin Hüseynli, yazıçılar Şərif Ağayar və Etimad Başkeçid iştirak edib.

“Ən yaxşı 3 roman” sorğusu ilə başlayan müzakirə povestlə romanın fərqli, milli romançılığın mövcudluğu, roman stereotipləri, məhəlli ədəbiyyat mübahisələri ilə davam edib.

Müzakirədə səslənmiş fikirlərdən bir neçəsini təqdim edirik.

Seyfəddin Hüseynli: “İlk Azərbaycan romanını Nizami Gəncəvi yazıb”.

“Ən pis yazıçılar məhəlli yazıçılardır”

Etimad Başkeçid: “Ruslar özləri də bilmirdilər ki, povest nədir”.

“Hekayə-povest-roman ardıcıllığı süni ştampdır”

Şərif Ağayar: “Məhəllilik olan əsərimi göstərin, cırıb-tullayım”

“İsgəndərnamə” “Danabaş kəndinin əhvalatıları”ndan daha çox romandır.

Müzakirə sabah oxuculara təqdim olunacaq.

# 2308 dəfə oxunub

Müəllifin son yazıları

# # #