Məmməd İsmayıl: "Ağrılarım bir az da artdı" - Açıqlama

Məmməd İsmayıl:  "Ağrılarım bir az da artdı" - Açıqlama
11 iyul 2023
# 17:56

“Əməliyyatdan sonra ağrılarım bir az da artdı”.

Bu sözləri keçən ay əməliyyat olunan şair Məmməd İsmayıl səhhəti ilə bağlı Kulis.az-a danışarkən deyib.

“Əslində, ard-arda əməliyyat olunmamalı idim. Hazırda xəstəxanadayam. Ayaqlarım hələ açılmayıb. Ayaqlarımda əvvəldən problem var idi, amma bu əməliyyatdan sonra ağrılarım bir az da artdı. Təəssüf ki, hələ üç ay burada qalacağam. Görünən odur ki, hələ sağalmağıma xeyli var.”

Xatırladaq ki, ötən il ağciyər xərçəngindən əməliyyat olunan şair, keçən ay bel yırtığına görə təzədən əməliyyat olunub.

# 1741 dəfə oxunub

Müəllifin son yazıları

# # #