Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.
Kulis.az xəbər verir ki, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq.
- Kəramət Böyükçöl: "Deputat olmaq üçün küçədə kitab satıram" - Fotolar
- “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açıldı
- Şabanın filmlərdə ən çox döydüyü aktyor vəfat edib
Qeyd olunub ki, məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib: “Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir”.