Məhəmmədhüseyn Şəhriyar və ailəsi - Foto

Məhəmmədhüseyn Şəhriyar və ailəsi - Foto
26 oktyabr 2023
# 18:40

Kulis.az böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar və ailəsinin fotosunu təqdim edir.

Qeyd edək ki, Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də rolu çox olub. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazıb. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyub və onlardan bəhrələnib. 20-ci illərin ortalarından etibarən o, artıq istedadlı gənc şair kimi tanınmağa başlayıb. “Mahi səfərkərde”, “Tuşeyi-səfər”, “Pərvanə dər atəş”, “Qoğayi-qurub”, “Buyi-pirahən”, “Pərto payənde”, “Yari qədim”, “Xumari şəbab”, “Naleyi nakami”, “Şahidi pəndari”, “Şəkərin pistə xamuş”, “To be man və digəran”, “Naleyi-noumidi”, “Qurubi Nişabur”, “İntizar”, “Əşki Məryəm”, “Şairi əfsanə” kimi əsərlərini yaradıb. Şəhriyarın şah əsərlərindən biri isə 400 beytlik “Təxti Cəmşid” əsəri olub.

Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatıb. 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişib. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilib. Onun ölümü İranda “Milli şeir” günü kimi qeyd olunur.

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

# # #