BEYTÜM: “Televiziya rəhbərliyi üzr istəməlidir” – Bəyanat

BEYTÜM:  “Televiziya rəhbərliyi üzr istəməlidir” – Bəyanat
15 noyabr 2023
# 13:38

Kulis.az Beynəlxalq Türk Müəllifləri Birliyinin bəyanatını təqdim edir.

13 noyabr tarixində “Azad Azərbaycan” televiziya kanalının səhər proqramının aparıcısı Kubra Məhərrəmlinin Xalq yazıçısı Çingiz Abdullayev haqqında həqarət dolu çıxışı hər birimizdə hiddət doğurdu. Təəssüf hissi ilə bildiririk ki, bir qələm adamının, yazıçının milyonların gözü önündə təhqir olunması ilk və son hal deyil.

Öz fikirlərini millətə etalon kimi sırıyan aparıcı səslədirdiyi təhqirlə yanaşı, həm dünyada, həm də Azərbaycanda ədəbiyyatın kifayət qədər populyar olan detektiv janrını nəzərdə tutaraq “dedektiv əsər oxumaq lazım deyil” motivli çıxış edir. Bu isə çoxsaylı oxucunun heysiyyətinə toxunur. Əsər yazıçının beyninin məhsuludur. Əsər qələm adamının zehni əməyidir. Hər kəs kitab seçimində, müəllif seçimində azaddır. Ancaq bu əməyi “zir-zibil” adlandırmaq, həm də bunu canlı yayımda söyləmək peşə etikasına ziddir və mədəniyyətdən kənar haldır.

İnanırıq ki, televiziya rəhbərliyi məsələyə ciddi yanaşacaq və Xalq yazıçısından, onun oxucularından üzr istəyəcək.

“Beynəlxalq Türk Müəllifləri” Birliyi

# 2364 dəfə oxunub

Müəllifin son yazıları

# # #