“Yasaq cəh-cəhlər” tamaşasının premyerası olacaq

“Yasaq cəh-cəhlər” tamaşasının premyerası olacaq
28 noyabr 2016
# 13:02

Dekabrın 3-ü, saat 16-da Xəzər Universitetinin səhnəsində “Yasaq cəh-cəhlər” tamaşasının premyerası olacaq

Kulis.azın verdiyi xəbərə görə, türk yazarı və şairəsi Yeşim Ağaoğlunun pyesi əsasında hazırlanmış tamaşasının rejissoru Elvin Adıgözəl əsəri özünəməxsus yozaraq, dramatik və komik elementlər bir arada təqdim edib.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

# 881 dəfə oxunub

Müəllifin son yazıları

# # #