Maykl Ceksonun qardaşı vəfat etdi

Maykl Ceksonun qardaşı vəfat etdi
18 sentyabr 2024
# 10:30

Əfsanəvi Maykl Ceksonun qardaşı, "The Jackson 5" ailə qrupunun üzvü Tito Cekson vəfat edib.

Kulis.az xəbər verir ki, 70 yaşlı Tito Ceksonun ürək tutmasından vəfat etdiyi bildirilir.

Titonun övladları, "3T" qrupunun üzvləri Tariano, Terill və Tito sosial media hesablarında bu barədə paylaşım ediblər.

"Şokdayıq. Atamız insansevər biri idi. Onun üçün çox darıxacağıq. Və ömrümüzün sonuna qədər onun bizə öyrətdiyi kimi "hamını sevəcəyik". Səni sevirik, ata!" - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Tito Cekson "The Jackson 5" qrupunun gitaraçısı idi, eyni zamanda, solo fəaliyyət də göstərirdi.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

# # #