Habil Əliyevdən xəbər var

Habil Əliyevdən xəbər var
1 sentyabr 2015
# 10:29

Bir neçə gün öncə xəstəxanadan evə buraxılan xalq artisti Habil Əliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə Kulisə sənətkarın ailə üzvləri məlumat verib. Bildiriblər ki, ötən gecə halı lap pisləşib, hətta huşunu itirib, hazırda anlaqsız vəziyyətdədir. Həyat yoldaşı Şərqiyyə xanım: “Şüuru gah gedir, hah qayıdır. Hal-hazırda özündə deyil.”

Şərqiyyə xanım onu da qeyd edib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri Habil Əliyevi 24 saat nəzarətdə saxlayırlar.

Xatırladaq ki, Habil Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.

# 988 dəfə oxunub

Müəllifin son yazıları

# # #