Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub
5 sentyabr 2025
# 18:13

Bu il "Nobel" mükafatları 6–13 oktyabr tarixlərində elan ediləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə mükafatın rəsmi saytından məlumat verilib.

Qeyd edilib ki, Fiziologiya və Tibb üzrə Nobel mükafatının qalibləri 6 oktyabr Karolinska İnstitutunda (Stokholm yaxınlığındakı Solna şəhərində), Fizika üzrə mükafat 7 oktyabr, Kimya üzrə mükafat isə 8 oktyabr İsveç Elmlər Akademiyasında elan ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatı 9 oktyabr İsveç Akademiyasında açıqlanacaq. Sülh mükafatı isə 10 oktyabr Norveç Nobel Komitəsi tərəfindən Osloda elan ediləcək.

Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə İsveç Bankı mükafatı isə 13 oktyabr İsveç Elmlər Akademiyasında təqdim olunacaq.

Xatırladaq ki, ötən il “Nobel” Sülh mükafatı Yaponiyanın Nihon Hidankyo təşkilatına təqdim edilib. Ədəbiyyat üzrə Han Kang, iqtisadiyyat üzrə Daron Əcəmoğlu, Saymon Conson, Ceyms A.Robinson, fizika üzrə John J. Hopfield, Geoffrey E. Hinton, kimya üzrə David Beyker, Demis Hassabis, Con M. Camper, fiziologiya və ya tibb üzrə Victor Ambros və Gary Ruvkun Nobel mükafatı laureatları elan edilib.

Qeyd edək ki, bütün mükafat elanları Nobel mükafatının rəsmi rəqəmsal kanallarında canlı yayımlanacaq. Mükafatlarla bağlı ətraflı məlumat isə nobelprize.org saytında dərc ediləcək.

# 222 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər