Mark Eliyahu Bakıda konsert verəcək

Mark Eliyahu Bakıda konsert verəcək
31 iyul 2024
# 12:45

Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu avqustun 11-də Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısında “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərləri səsləndirəcək.

Qeyd edək ki, Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

# 397 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #