Kamal Abdullanın yeni kitabı çap olundu

Kamal Abdullanın yeni kitabı çap olundu
11 dekabr 2025
# 15:29

Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitab "Qanun" nəşriyyatında nəş olunub.

Kitabda keçən əsrin ortalarından bu günə qədər müəllifin həyatında baş verənlər həm adda-budda xatirələr şəklində, həm də sistemli təsvir vasitəsilə qələmə alınmışdır. Uşaqlıqdan ahıllıq dövrünə qədər yaşananların fonunda həmən dövrlərin nəfəsi, yoldaşlıq, dostluq münasibətlərinin hansı imtahanlardan keçməsinin əks-sədası, yaradıcılıq adlı nəhəng okeana aparan yolların həyəcanlı ürək döyüntüləri duyulur. Elmin və bədii yaradıcılığın vəhdətinin necə formalaşdığının ağır və əzablı yolu görünür. Kitab böyük və maraqlı bir dövrü əhatə edir. Mədəniyyət, ədəbiyyat, elm aləminə edilən ekskurslar onu müasir oxucu üçün daha da maraqlı edir.

# 266 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər