Rusiyalı yazıçı Aleksandr Buşkov 70 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, o, koronavirus fonunda ağırlaşan pnevmoniyadan vəfat edib.
O, gərgin süjetli detektiv, aksiya, elmi-fantastika, alternativ tarix, qorxu və fantaziya janrlarında əsərlərin müəllifi idi.
Yazıçının əsərlərinin ümumi tirajı 17 milyondan çox nüsxəni əhatə edir.