İlahi, niyə bağışlamadın? – Fuad Cəfərlidən yeni şeir

Fuad Cəfərli, şair

Fuad Cəfərli, şair

5 may 2022
# 17:40

Kulis.az Fuad Cəfərlinin Mintac Elsevərə həsr etdiyi şeiri təqdim edir.

Kainat boyda ağrılar gizləndi bu səsdə.
Ulduz ağrılar, Ay ağrılar, Günəş ağrılar və sayılmayanlar.
Sonra məsum sözlərsə hönkürmək üçün sırayla bir-bir qucdu bu səsi.
Baxın, su kimi, yanımızdan ötüb keçir bəşəriyyətin ilk nəğməsi.

İlahi, bu səs nə uzaqdan gəlir,
yoxsa dişə çəkilən o, almadan gəlir?
Kədər gəlir, qüssə gəlir, qəm gəlir.
İlahi bu səs elə bil yanından gəlir.

Göydən gəlibmi deyə
gözləri göydü bu səsin?
Ələri də bir-birinə oxşayır
sanki əlləri almadı bu səsin.
İlahi, niyə bağışlamadın?

# 1729 dəfə oxunub

Müəllifin son yazıları

# # #