Ukraynanın İrpen şəhərində təşkil olunan rəsm sərgisində azərbaycanlı rəssam Həzrət Mərdanlının əsərləri də sərgilənib.
Kulis.az xəbər verir ki, İrpen şəhərində müharibədən sonra ilk dəfə yenidən VII “Boyalı İrpen” pleneri təşkil olunub.
Qeyd edək ki, gənc rəssam Həzrət Mərdanlı şəhər meri tərəfindən xüsusi mükafat və hədiyyə ilə təltif olunub.