III Bakı Piano Festivalı başa çatdı

III Bakı Piano Festivalı başa çatdı
1 iyul 2024
# 10:30

III Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində “Isaak Jamba Group”un iştirakı ilə parlaq Braziliya sambası konserti keçirilib və bununla da iki həftə davam edən festivala yekun vurulub.

Kulis.az xəbər verir ki, bağlanış mərasimi “Rotunda Roof Garden”də baş tutub.

Tədbirdə diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Braziliyalı artistlər İsaak Kamba (zərb alətləri), Lusiano Vaskonselos da Silva (bas gitara) və Sofiya Qrasio (vokal və piano) samba caz üslubunda hərarətli musiqi kompozisiyaları ifa ediblər. Tamaşaçıların və musiqiçilərin xahişi ilə Bakı Piano Festivalının direktoru, Azərbaycanın Əməkdar artisti, cazmen Şahin Növrəsli də əcnəbi həmkarları ilə birlikdə bir neçə orijinal nömrə ifa edib.

Tədbir gənc musiqiçilərin improvizasiya seansı ilə başa çatıb.

# 411 dəfə oxunub

Müəllifin son yazıları

# # #