Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı

Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı
28 iyul 2025
# 18:40

Çinin Şansi əyalətində yerləşən Linfen şəhərində Böyük Çin səddindən daş oğurlayıb satmağa çalışan cütlük polis tərəfindən saxlanılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, cütlük minillik tarixə malik olan Çin səddinin 14–17-ci əsrlərdə Min sülaləsi dövründə inşa edilmiş qədim hissələrindən daş parçalayaraq, onları onlayn platformalarda satışa çıxarıb.

Linfen polisi bazarda "Çin səddindən orijinal kərpic satılır. Qiyməti – 95 yuan" başlıqlı şübhəli elanı müəyyən etdikdən sonra araşdırmalara başlayıb.

İlkin məlumatlara görə, saxlanılan şəxslər artıq yüzdən çox divar daşını müxtəlif şəxslərə satıblar. Maraqlıdır ki, bəzi alıcılar aldıqları daşlardan razı qalıb, hətta əlavə sifarişlər də vermək istəyiblər.

Hadisə ölkədə tarixi abidələrin qorunması ilə bağlı məsələlərə bir daha diqqət çəkib. Mütəxəssislər bu cür halların yalnız Çində deyil, bütün dünyada tarixi və mədəni irsin qorunmasının vacibliyini xatırlatdığını bildirirlər.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

# # #