Qalın bir iplə ruhundan asılacaq adam

Qalın bir iplə ruhundan asılacaq adam
26 avqust 2013
# 10:00

Yağmur damlalarından fərqli deyilik...

Sən qızıl gözlü mələksən,

Aldanışların qədər məsum,

Məsumiyyətin qədər günahkar.

Heç mənim olmadın,

Heç sənin olmadım.

Heç bitməyən günahlar kimi

Həyata sadiqəm bu gecə.

Yaşaya bilməyəcəyimiz xəyalları,

Birlikdə keçməyəcək illəri,

Əl-ələ qaça bilməyəcəyimiz

Çölləri də al və get!

Acımasız deyiləm,

Mənasız bir əyilimdi eşq,

Çünki 21-ci əsrdəyik

Və dənizə düşən

Yağmur damlalarından fərqli deyilik.

Hər şey bəsitdir artıq,

Hisslərim kapitalizm kimi

Və ürəyimə hər üsyanım

Puçluqla qurtaracaq,

Bir adam seçiləcək sonra,

Qalın bir iplə ruhundan asılacaq.

Bax o mənəm,

Sənin Vətən dediyin ürəyim,

Mən vətən xainiyəm, sevgilim.

# 1925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #