İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Azərbaycanın tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi, əslən içərişəhərli Elçin Hami Axundov ilə “Azərbaycan animasiyasının inkişaf mərhələləri” mövzusunda görüş keçirilib.
Kulis.az xəbər verir ki, görüşdə Elçin Hami Axundov animasiyanı yaradarkən layihə üzərində iş, personajların yaradılması, materialların seçimi, kadrlama lövhəsinin yaradılması və cizgi filmlərdə səsləndirmə haqda danışıb.
Görüş iştirakçılarına cizgi filmlərini yaranma prosesi nümayiş etdirilib.
- “Leyli və Məcnun” yenidən nümayiş olunacaq
- “Əli və Nino” filminin premyerası olacaq
- Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür
Qeyd edək ki, tədbirdə Elçin Hami Axundovun “Məclis” (1988) və bədii rəhbərlik etdiyi “Cəsur təyyarə” (2009) filmləri izlənilib.