"Hər dəfə sifonu çəkəndə, yadıma düşür..." - Amil Amaldan minimalist şeirlər

"Hər dəfə sifonu çəkəndə, yadıma düşür..." - Amil Amaldan minimalist şeirlər
9 fevral 2024
# 14:00

Kulis.az Amil Amalın yeni minimalist şeirlərini təqdim edir.

Dedim, bir sığal çəkim
qızılgül tikanlarına.

Əlim qana batdı.

***

Sanki üç saniyəyə qocalırdılar
saçlarına qar düşən uşaqlar.

***

Görən olurmu heç
suda boğulan balıq?

***

Sümsük qəbiristanlıq itləri
görmürdülər,
sümük xəzinənin
üzərində gəzirlər.

***

Hər dəfə sifonu çəkəndə
yadıma düşür
fotolardakı
bir dəri, bir sümük
afrikalı uşaqların
su dilənən ovucları.

***

"Vaxt yoxdur” deyən adamın
“Vaxt vardı” deməsi olmur.

***

Evdə üç nəfərik,
atam, anam və mən.

Bütün toylara məni göndərirlər,
bütün yaslara isə özləri gedir.

***

Pambıq tarlaları görüb
bəlkə də buna görə
Tanrı qar yağdırmırdı
şoran torpaqlara.

# 1028 dəfə oxunub

Müəllifin son yazıları

# # #