Kirayə pulu verməmək üçün qatarda yaşayan qız

Kirayə pulu verməmək üçün qatarda yaşayan qız
26 avqust 2015
# 12:11

Almaniyada yaşayan tələbə evlərin kirayə haqlarının olduqca baha olmasına görə qatarda yaşamağa qərar verib. Daha az pul sərf etmək üçün evdən çıxan və qatarda yaşamağa başlayan Leonie Müller adlı qızı buna vadar edən əsas səbəb əvvəlki ev sahibi ilə arasında yaranmış dava olub.

Davadan sonra yeni ev axtarmaq yerinə alternativlərin axtarışına çıxan Müller qatarda yaşamağın daha ucuz olduğunu vurğulayıb. O, özünü qatarda evdəki kimi rahat hiss etdiyini deyir. 350 dollar dəyərində aylıq qatar bileti alan gənc qız istədiyi hər qatara istədiyi vaxt minə bilir. Müllerin əvvəlki evində ödədiyi kirayə pulu 450 dollar idi.

Bu yolla kirayədə qaldığı puldan hər ay 70 dollar qənaət edən qadın nəqliyyat xərclərini də xeyli azalda bilib.

Qatarda bir evdə gərəkən hər şeyin olduğunu deyən Miller bütün ehtiyacını 180 km/saat ilə hərəkət edən qatarda ödəyir.

# 1165 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #