Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.
Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.
- Görsən üşüyürsən…yandır özünü - Qulu Ağsəs
- Adil İsgəndərovun nadir şəkilləri Film Fonduna daxil edilib
- Rafiq Tağı öldürüləndə də belə olmuşdu - Aqşin Yenisey yazır...
Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.