“GTA 6” rekord qırdı – “Netflix”də

“GTA 6” rekord qırdı – “Netflix”də
2 sentyabr 2026
# 15:10

"Rockstar Games" şirkətinin böyük maraqla gözlənilən "Grand Theft Auto 6" (GTA 6) oyununun genişləndirilmiş təqdimat videosu "Netflix" platformasında rekorda imza atıb.

Kulis.az xəbər verir ki, təqdimat videosu platformada yalnız altı saat ərzində özəl olaraq yayımlanmasına baxmayaraq, dörd gün ərzində 31,1 milyon baxış toplayaraq "Netflix"in həftəlik baxış siyahısının birinci pilləsinə yüksəlib.

Məlumata görə, altı saatlıq xüsusi nümayiş müddəti başa çatdıqdan sonra video digər platformalarda da istifadəçilərə təqdim olunub.

"GTA 6" təqdimatının bu uğuru layihənin təkcə oyun aləmində deyil, ümumilikdə əyləncə sektorunda böyük maraqla qarşılandığını bir daha sübut edib.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər