Gənc yazarlar AYB ilə bağlı bəyanat imzaladılar - Nə baş verir?

Gənc yazarlar AYB ilə bağlı bəyanat imzaladılar - Nə baş verir?
7 oktyabr 2022
# 11:20

Gənc yazarlar Yazıçılar Birliyi ilə bağlı bəyənat imzalayıblar.

Kulis.az xəbər verir ki, bəyanatda deyilir:

"Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin (bundan sonra AYB) qurultayı keçiriləcək. Qurultayın tarixi naməlum səbəblərdən uzadılır və AYB rəsmilərinin son çıxışlarından məlum olur ki, Anar Rzayev bu il də sədr seçiləcək.

Biz gənc yazarlar olaraq budəfəki qurultayda səsimizi Anar Rzayevə yox, tənqidçi-ədəbiyyatşünas Esad Cahangirə veririk. Anar Rzayev 30 ildən çoxdur ki, qurumu idarə edir. Artıq Anar müəllim dincəlməli və sədrlik postunu gənc, perspektivli və enerjili tənqidçi Əsəd Cahangirə təhvil verməlidir.

Əsəd Cahangir gənclərin sevimlisi və dəyərli ziyalıdır. Biz ümid edirik ki, o, sədrlik postunu məmnuniyyətlə təhvil alacaq, yazarları layiqincə təmsil edəcək, ümidlərimizi puç etməyəcək. Kitablarımız tərcümə ediləcək, ölkə daxilində yüksək tirajla nəşr olunacaq, təqaüdlər ədalətli şəkildə bölünəcək və yazıçılıqla dolana biləcəyik. Əsəd müəllim əsl ədəbiyyat eşqi olan adamdır. Onun alovlu ədəbiyyat sevdası təkcə AYB üzvlərini yox, eyni zamanda, bütün Azərbaycan yazıçı və şairlərini irəli aparacaq, yazmaq üçün stimul verəcək.

Əgər bu qurultayda da 30 ildən çox sədr olan Anar Rzayev sədr olacaqsa, əks təqdirdə, biz gənc yazarlar AYB-ni boykot edəcəyik.

Səsimizi Əsəd Cahangirə veririk.

Xilasımız Əsəddir
Yeganə namizəddir".

Bəyənnaməni imzaladılar:
Vüqar Babazadə
Orxan Saffari
Mehdi Dostəlizadə
Ələsgər Əhməd
Nihat Pir
Akşin Xəyal
Nazlı Çələbi
Yusif Yusifzadə

Qeyd edək ki, yazar olmayan şəxslər də bu bəyənata dəstək veriblər.

# 3776 dəfə oxunub

Müəllifin son yazıları

# # #