Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə qalib oldu

Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə qalib oldu
22 dekabr 2015
# 13:31

Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə qalib oldu

Azərbaycanlı gənc fotoqraf İradə Qədirovanın işi İstanbulda, "Tolerantlıq" mövzusunda keçirilən beynəlxalq fotomüsabiqədə qalib olub. Kulisin məlumatına görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkil etdiyi fotomüsabiqədə iştirak edən foto şəkillər Taksim Cümhuriyyət Sənət Qalereyasında sərgilənib.

Dekabrın 21-də 70-dən çox ölkənin fotoqrafının qatıldığı beynəlxalq müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Qalib fotoqraflara diplomlar təqdim edilib. Müsabiqəyə buraxılan 1000 fotodan azərbaycanlı fotoqraf İradə Qədirovanın işi 3-cü yerə layiq görülüb.

Müsabiqədə birinci yeri Tanveer Hassan Rohan (Banqladeş), ikinci yeri İbrahim Aysündü (Türkiyə), xüsusi mükafatı Ramiz Aksoy (Türkiyə) qazanıb.

Gənc fotoqrafların "Tolerantlıq" mövzusundakı işləri İstanbulda, Taksim Cümhuriyyət Sənət Qalereyasında dekabrın 25-nə kimi nümayiş olunacaq.

# 1099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #