"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?
24 aprel 2024
# 12:00

Gələn il martın 2-də keçiriləcək Oskar mükafatları üçün yeni qaydalar tətbiq edilib.

Kulis.az xəbər verir ki, "Orijinal mahnı" kateqoriyasında filmin musiqisinə əhəmiyyətli töhfə vermiş üç bəstəkar fərdi Oskar heykəlcikləri almaq hüququ qazanacaq.

Ən yaxşı filmlər 2023-cü ildə elan edilmiş tələblərə cavab verməlidir. Bu tələblərə ABŞ-də kinoteatrlarda filmlərin nümayişi qaydaları da daxildir. Filmlər müəyyən edilmiş müddət ərzində seçilmiş şəhərlərdə nümayiş etdirilməlidir.

Bundan əlavə, Oskarın ən yüksək mükafatına layiq olmaq üçün Akademiyaya Nümayəndəlik və İştirak Standartları (RAISE) forması təqdim edilməli və film dörd standartdan, ən azı, ikisinə cavab verməlidir.

"Ən yaxşı beynəlxalq film" kateqoriyasına uyğun gələn cizgi filmləri də hər iki kateqoriyanın şərtlərinə cavab verərsə, ən yaxşı animasiya filmi sayıla bilər.

# 298 dəfə oxunub

Müəllifin son yazıları

# # #