Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivala yollandı

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivala yollandı
22 may 2023
# 13:20

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.

Kulis.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə teatr I Beynəlxalq Avrasiya Teatr" Festivalında İsveç dramaturqu Lars Norenin “Müharibə" pyesi əsasında hazırlanmış "Mən gəldim qızlar" tamaşası ilə çıxış edəcək.

Əsərdə müharibədə gözləri kor olmuş, ancaq ümidini itirmədən səbirlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur.

Səhnə əsərində müharibənin atanın, ana və qızlarının həyatına gətirdiyi ağrı və acıları, mənəvi sarsıntıları görmək mümkündür.

İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #